
2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edilib.
Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə xanım rezidentlərdir.
AzEdu.az rezident olmaq istəyənləri ən çox maraqlandıran sualları cavablandırmaqda davam edir:
Sual:
Azərbaycan Tibb Universitetinin 1998-ci il məzunuyam. Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə internatura bitirmiş, sertifikasiya keçmişəm. Hazırda dövlət xəstəxanasında həkim-anestezioloq işləyirəm. internatura keçən biri ixtisasını dəyişmək üçün rezidenturaya imtahan verə bilər?
Cavab:
Bəli. Baza ali tibb təhsili olan hər bir şəxs rezidenturaya qəbulda iştirak edə bilər.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, Azərbaycanda baza ali tibb təhsili alanlar, yaxud ali tibb sahəsində ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil alanlar rezidenturaya qəbul olunmaq hüququna malikdirlər.
Qeyd edək ki, internatura 2009-cu ilə qədər ixtisas sahibi olmaq istəyən tibb məzunları üçün rezidenturanı əvəz edən təhsil pilləsi hesab olunurdu.
Rezidentura kimi bu müddətdə də məzun təhsil almaqla yanaşı, işləmək hüququna da sahib olurdu.