Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 14:00:00
Dövlət qulluğu üzrə elektron sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildiriblər ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 2-si saat 10:00-da keçiriləcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat avqustun 2-si saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanların test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə alması xahiş olunur.