
Peşə təhsili müəssisələrinə qəbul olmaq istəyən namizədlərə 23 yeni ixtisas təqdim ediləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili məlumat verib.
Bildirilib ki, peşə təhsili müəssisələrində təhsil almaq üçün namizədlərə ümumilikdə 145 ixtisas təklif edilir ki, bunlar da əsasən sənaye, turizm və İT ilə bağlıdır.
Məlumata əsasən, peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Peşə təhsili müəssisələrinə ərizə qəbulunun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Rəna NƏBİ