
Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. Olimpiadada iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.
AzEdu.az xəbər verir ki, Təhsil eksperti Etibar Əliyev də feysbuk hesabında olimpiadanın təşkili məsələsinə toxunub. O, Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək şagirdlər barədə məlumat verib:
“Birinci komandaya daxil olanlar:
Abutalıb Namazov, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi,
Murad Eynizadə, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi,
İbrahim Tağızadə, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi,
Fərhad Əzimov, akademik Zərifə Əliyeva adına liseyin şagirdi
İkinci komandaya daxil olanlar:
Fatimə Ömərova, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi,
Əziz Hüseynov, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin şagirdi,
Hüseyn Hacıyev, akademik Zərifə Əliyeva adına liseyin şagirdi,
Amin Cəlilov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi”.
Ekspert həm də olimpiadada ölkəmizi təmsil edəcək məktəblilərə uğurlar arzulayıb.
Qeyd edək ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.