_182.jpg)
Tələbələr peşə təhsil müəssislərində keçirilən xarici dilin peşə fəaliyyəti üçün vacibliyini anlayır, bilik və bacarıqlarını sərbəst inkişaf etdirə bilirlər.
AzEdu.az “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları”na istinadən, peşə təhsil müəssisələrində öyrədilən xarici dilin tələbələrə qazandırdığı bacarıqları təqdim edir:
Dil bilən tələbə xarici dildə olan internet və digər İKT vasitələri ilə peşə biliklərini genişləndirməyi bacarır.
İxtisasa dair fikir və mülahizələrini, fakt və hadisələri xarici dildə yazılı, həmçinin şifahi şərh edir.
Mətnin məzmununa və müxtəlif mövqeli fikirlərə münasibət bildirir, buna dair ümumiləşdirmələr aparır, təqdimatlar edir;
Peşə fəaliyyəti ilə bağlı xarici ölkədən olan həmkar və tərəfdaşları ilə ünsiyyət qurur.
Müəssisədə hazırlanan məhsul və göstərilən xidmətləri təqdim edə bilir.
Həmkarlarının fikirlərinə xarici dildə münasibət bildirir.
İxtisasa dair mənbə və çıxışlardan istifadə edə bilir, hesabat və çıxışlar hazırlayır. Müxtəlif üslublu yazı qaydalarına əməl edir.
Qeyd edək ki, peşə təhsil müəssislərində təhsil qrupundan asılı olaraq, ümumi ixtisas, xüsusi-ixtisas, ümumtəhsil fənləri tədris edilir.
Rəna Nəbi