
2019-08-04 10:13:00
Səmasında üç “günəş” görünən planet tapıldı
NASA astronomları üzərində üç “günəş” görünən planet aşkar ediblər.
Astronews.ru bildirir ki, planetə LTT 1445Ab adı verilib.
Planetin yerləşdiyi sistem Yerdən 22,5 işıq ili məsafəsindədir.
“Bu “günəş”lərdən ikisi çox uzaq məsafədə yerləşir və səmadan baxan iki qorxunc qırmızı gözə bənzəyir”, - ABŞ-ın Harvard-Smitson astrofizika mərkəzinin astronomu Cennifer Vinters bildirib.
TESS peyki vasitəsilə toplanmış məlumatları analiz etdikdən sonra, alimlər planetin Yerdən təxminən 3 dəfə böyük və 8 dəfə ağır, səthinin isə qayalıq olduğunu müəyyən ediblər. Səthinin temperaturu 160 dərəcə selsi olan planet sistemin ulduzlarından birinin ətrafında 5 sutka ərzində dövrə vurur.
Alimlər hələ ki, planetin atmosferini analiz edə bilmirlər.
Bu bölməyə aid digər xəbərlər
Mühasiblərin nəzərinə! - Bu sahə ləğv edilir? – “Elə bir texnoloji yenilik olacaq ki...”
2023-06-06 13:36:00
Müəllimlər üçün güzəştli avtomobil kreditləri veriləcək
2023-03-31 11:35:00
İsveçrəli mütəxəssislər virusu məhv edən maskalar hazırlayıblar
2021-01-19 15:31:00
Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi araşdırılır
2020-09-29 17:35:00
Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb
2020-07-13 13:29:00
Ümid etməyə dəyməz!? Sentyabr yaxınlaşır, amma hələ heç nə məlum deyil
2020-06-22 09:01:00
Azərbaycanda koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiq - FOTO
2020-06-21 12:19:00
Bu gün şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək
2020-03-19 12:52:00
Bill Qeyts "Microsoft"dan istefa etdi
2020-03-14 15:14:00
Tesla şirkətində proqramçı işləmək üçün diploma ehtiyac yoxdur – Elon Musk
2020-02-12 13:46:00