Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 09:15:00
Draqan Uroseviç: Şagirdlərimiz olimpiadaya böyük həvəslə hazırlaşıb

Bu tədbir dünya ölkələrinin, xüsusilə Azərbaycanın informasiya texnologiyaları sahəsinin təkmilləşdirilməsi üçün gənclərin fikir mübadiləsi aparılması baxımından çox əhəmiyyətlidir.

Bu sözləri AzEdu.az-a müsahibəsində Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçısı serbiyalı Draqan Uroseviç deyib.

Qonaq bildirib ki, Serbiyanın çox güclü komandası var. Şagirdlərimiz olimpiadaya böyük həvəslə hazırlaşıb. Onların hədəfi müsabiqələrdə yüksək bilik nümayiş etdirərək medal qazanmaqdır.