Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 09:29:00
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ilk günündə 850-dən artıq müraciət qeydə alınıb

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun ilk günü 850-dən artıq müraciət qeydə alınıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, bu gün ərizə verənlər aşpaz, elektrovoz maşinisti köməkçisi, kompüter üzrə operator və dizayner ixtisaslarına üstünlük veriblər.

Xatırladaq ki, ərizələrin qəbulu avqustun 20-dək "ASAN xidmət" mərkəzlərində elektron qaydada davam edəcək.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.