
“Peşə təhsilində yaş məhdudiyyəti yoxdur”
Bu sözlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin işəgötürənlərlə əməkdaşlıq şöbəsinin məsləhətçisi, Vəsilə Əlmədətovaya aiddir.
O, AzEdu.az-a açıqlamasında peşə təhsil müəssisələrinə sənəd qəbulu, müsabiqədən kənar, qəbulla bağlı məlumata verdi:
“Peşə təhsil müəssislərinə sənəd qəbulu, 5-20 avqust tarixində baş tutacaq. Boş qalan plan yerləri üçün II tur avqustun 28-dən sentyabrın 5-nə qədər davam edəcək.
Peşə təhsilində yaş məhdudiyyəti yoxdur. İstənilən yaş qrupundakı şəxslər sənəd qəbulunda iştirak edə bilərlər.
Bundan əlavə, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən kənar şəxslərin peşə təhsil müəssisələrinə qəbul prosesi müsabiqədən kənar həyata keçiriləcək. Onlar istədikləri peşə təhsil müəssisəsində təhsil ala bilər”.
Rəna NƏBİ