Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 16:30:00
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

AzEdu.az xəbər verir ki, boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər DİM-ə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust 2019-cu il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.