Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 10:03:00
9 illik orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər

AzEdu.az xəbər verir ki, ümumi (9 illik)  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2019-cu il avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.