
2019-08-07 10:25:00
İmkansız abituriyentlər üçün inanılmaz fürsət -Pulsuz hazırlıq kursları
Azərbaycanda imkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları yaradılıb.
Yeni sosial layihə inşaat materialları istehsalı üzrə Azərbaycanın aparıcı şirkətlərindən biri olan, "FORTİS GROUP” MMC tərəfindən reallaşdırılıb.
AzEdu.az xəbər verir ki, yeni təhsil mərkəzi – "FORTİS ACADEMY” sentyabrın 15-dən etibarən şirkətin ərazisində fəaliyyətə başlayır. Tamamilə sosial məqsədlərlə yaradılan bu mərkəzin bütün xərcləri şirkət tərəfindən qarşılanacaqdır. "FORTİS ACADEMY” təhsil mərkəzində şirkət əməkdaşlarının, eləcə də sosial təminatı zəif olan ailələrin övladları (9,10,11-ci sinif şagirdləri) üçün tam təmannasız və ödənişsiz abituriyent hazırlığı fürsəti yaradır. Müasir texnologiya və innovativ tədris-metodik imkanları ilə yanaşı, təhsil ocağı abituriyentləri ödənişsiz dərs vəsaitləri və sınaq imtahanları ilə təmin edir. Bundan əlavə tələbələrin kursa vaxtında və rahat gəlmələri üçün şirkət tərəfindən ödənişsiz fəaliyyət göstərən avtobuslar da ayrılıb. Qeydiyyatdan keçmək üçün 31 avqust tarixinə qədər bizimlə əlaqə saxlaya bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Mühasiblərin nəzərinə! - Bu sahə ləğv edilir? – “Elə bir texnoloji yenilik olacaq ki...”
2023-06-06 13:36:00
Müəllimlər üçün güzəştli avtomobil kreditləri veriləcək
2023-03-31 11:35:00
İsveçrəli mütəxəssislər virusu məhv edən maskalar hazırlayıblar
2021-01-19 15:31:00
Elmi biliklərin əldə olunmasında Data Mining texnologiyalarının tətbiqi araşdırılır
2020-09-29 17:35:00
Səmanın ən dolğun rentgen xəritəsi yaradılıb
2020-07-13 13:29:00
Ümid etməyə dəyməz!? Sentyabr yaxınlaşır, amma hələ heç nə məlum deyil
2020-06-22 09:01:00
Azərbaycanda koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiq - FOTO
2020-06-21 12:19:00
Bu gün şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək
2020-03-19 12:52:00
Bill Qeyts "Microsoft"dan istefa etdi
2020-03-14 15:14:00
Tesla şirkətində proqramçı işləmək üçün diploma ehtiyac yoxdur – Elon Musk
2020-02-12 13:46:00