
2019-08-19 18:05:00
Məktəblərdə smartfon qadağası
Rusiyanın təhsil müəssisələrində mobil telefondan istifadə məhdudlaşdırıla bilər. Bununla bağlı Rusiya Təhsil Nazirliyi regional idarələrə təkliflər göndərib.
Azedu.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib. Qeyd olunur ki, smartfonlardan uzun müddət istifadə, eləcə də, məktəbdə istifadə uşağın psixikasına mənfi təsir göstərə bilər, hiperaktivliyə, qıcıqlanmaya, yuxu pozğunluğuna, habelə zehni fəaliyyətin zəifləməsinə, yaddaşın və diqqətin azalmasına səbəb ola bilər.
Nazirlik tövsiyə edir ki, zəruri hallarda, valideynlərlə şagirdlərin ünsiyyəti üçün məktəblərə mobil telefonların saxlanması üçün xüsusi yer ayırsınlar. Təhsil müəssisələrində mobil telefon qadağası şagirdlər, müəllimlər və valideynlər arasında aparılan sorğunun nəticələrinə əsasən gündəmə gəlib. Belə ki, sorğuda iştirak edən şagirdlərin 61 faizi, valideynlərin 89 faizi və müəllimlərin 90 faizi mobil telefonlarından istifadənin məhdudlaşdırılmasını dəstəkləyiblər.
Qeyd edək ki, ötən il Fransa parlamenti yaşı 15-dən aşağı olan məktəblilərə mobil telefondan, internetə bağlantısı olan bütün digər vasitələr, o cümlədən, planşet və “ağıllı” saatlardan istifadəni qadağan edən qanun qəbul etmişdi.
Azərbaycanın da təhsil müəssisələrində mobil telefonların qadağan olunması məsələsi dəfələrlə gündəmə gəlib. Təhsil ekspertləri də hesab edirlər ki, məktəblədə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, təlim-tərbiyə prosesinə mənfi təsir edir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.(Virtualaz.org)
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35