Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 22:02:00
Yeni dərs vasaiti çap olunub

“Neft-qaz qurğularının inşaat mexanikası” dərs vəsaiti çapdan çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AzEdu.az-a verilən məlumata görə,  neft-qaz qurğularının inşaat mexanikası statik həll olunan və olunmayan sistemlərin dəyişən və sabit yükləmədən qurğuların möhkəmliyə, sərtliyə və dayanıqlılığa görə hesablama metodlarını öyrənir.

Nəşrdə “Qurğuların kinematik analizi”, “Statik həll olunan tirlər”, “Üçoynaqlı tağlar və çərçivələr”, “Statik həll olunmayan sistemlərin qüvvələr üsulu ilə hesabı”, “Sistemlərin dinamik yüklənməsi” və digər mövzularda materiallar yer alıb.