Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 12:40:00
Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Ancaq uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.