_675.png)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi və ictimaiyyətə tanıdılması məqsədilə abiturient.az saytında 600 və daha yüksək bal toplayan gənclərə ayrı bir bölmə həsr ediləcək.
AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinə yeni qəbul olunmuş tələbələrə Şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında (http://abiturient.az/600/600anket/) təqdim olunan anket-sorğusunu doldurmaları kifayətdir.
Qeyd edək ki, saytda yalnız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək.