
2019-08-29 10:26:00
Harvard universitetinə qəbul olmuş İsmayıl ABŞ-a buraxılmadı - FOTOLAR
Amerikanın ən qədim və dünyanın ən nüfuzlu universitetlərindən biri sayılan Harvard universitetinə daxil olan fələstin əsilli bir gənc ABŞ-a girişinə yasaq qoyulub.

AzEdu.az Moderator.az-a istinadən xəbər verir ki, özünün jurnalistlərə söylədiyi kimi, İsmayıl Əcəvi Boston hava limanına çatdıqda xüsusi xidmət əməkdaşları tərəfindən bir neçə saat ərzində saxlanılaraq dindirilib. Gənc müsəlmanın telefonu və dizüstü kompüterində axtarış apardıqdan sonra onun vizası ləğv olunub və müsəlman gənc "ABŞ üçün arzuolunmaz şəxs" elan edilib.
Məlum olub ki, ABŞ hakimiyyətinin bu qərarına səbəb fələstinli oğlanın dostlarının sosial şəbəkələrdəki siyasi şərhləri olub. İsmayıl özü isə bu günədək heç bir siyasi mesaj və şərh yayımlamadığını bildirib.

Xülasə, bu minvalla Harvard təqaüdünə layiq görülən 17 yaşlı oğlan vətəninə- Livana qayıtmaq məcburiyyətində qalıb. Universitet nümayəndələri də öz növbəsində fələstinli gənc və ailəsi ilə əlaqə saxladıqlarını və sentyabrın 3-də tədris ili başlamazdan əvvəl "problemin həll ediləcəyinə" ümid etdiklərini bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39