Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 10:23:31
Sabah boş qalan yerlərə ixtisas seçimi başlayacaq

Sabahdan tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlayacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, seçim DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq.

Xatırladaq ki, ixtisas seçimi 4 sentyabr tarixinə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları