
2019-09-02 12:15:00
“Çox istərdim ki, Rəsulzadənin adı universitetə qaytarılsın” - Deputatdan yubiley təbriki
Bu gün Azərbaycanın ən qocaman ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin 100 yaşı tamam olur.
AzEdu.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev yubiley düşüncələrini Moderator.az-la bölüşüb:
“Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssiəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi həmişə xalqımızın və dövlətimizin qürur yeri olacaq. Çox istərdim ki, BDU-da aparılacaq təhsil islahatlarının nəticəsində reytinqinə görə dünyanın ilk 100 universitetinin siyahısına düşsün və Rəsulzadənin adı universitetə qaytarılsın. Bunun üçün bütün imkanlar var. Tələb olunan təhsilə büdcədən daha çox pul ayırmağımız və universitetləri dövlətin nəzarətindən çıxarmaqla siyasətdən kənar tutmağımız, tariximizə ehtiram nümayiş etdirməmiz lazımdır. Əminəm ki, BDU yaxın illərdə regionun ən nüfuzlu universitetlərindən birinə çevriləcək.
Mən BDU-nun yetirməsi kimi bütün müəllimlərimi, universitetin müəllim – tələbə kollektivini böyük yubiley münasibətilə təbrik edir, ölkəmizin xoşbəxt gələcəyi naminə onlara fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik arzu edirəm.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39