Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 13:30:00
Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir  

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, bu il ilk dəfə məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir. 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-nə kimi (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən mayın 31-dək davam edəcək.