Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-03 16:24:00
“UNEC-100” İnkişaf Strategiyası uğurla həyata keçirilir  

“UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yüksəkkeyfiyyətli ali təhsil ocağına çevrilməsidir.

Universitetdən AzEdu.az-a bildirilib ki, bu istiqamətdə UNEC abituriyentlərin sayını artırmağı, tədris prosesini daim təkmilləşdirməyi, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmağı, tədrisdə gənc müəllimlərin payını yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd imkanlarını artırmağı, onları yataqxana ilə təmin etməyi, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.

Qeyd edək ki, “UNEC-100” İnkişaf Strategiyasının 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulur.