Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 11:14:00
Boş qalan yerlərə 3 mindən çox şəxs ərizəsini təsdiq edib

11 illik orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Sentyabrın 4-ü saat 11:24-ə qədər olan məlumatlara əsasən, 3187 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, seçim sentyabrın 4-ə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları