
2018-ci il IX sinif buraxılış imtahanlarında orta balı ən yüksək olan təhsil müəssisəsi Təhsil Nazirliyinə tabeli və özəl liseylər ( 131, 74) olub.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin 2018-ci il illik hesabatına əksini tapıb.
Məlumata əsasən, IX sinif buraxılış imtahanlarında orta balı yüksək olan digər təhsil müəssisələri müvafiq olaraq, hərbi leseylər və digər nazirliklərə aid olan məktəblər (107,52); Sumqayıt şəhəri (106,29); Naxçıvan şəhəri ( 103, 68) ; Naftalan şəhəri (102, 30); Qubadlı rayonu (98, 28); Nigəçevir şəhəri (97, 93); Bakı şəhəri (97, 41); Zəngilan rayonu (92, 94); Siyəzən rayonu (91, 68) qərarlaşıblar.
Qeyd edək ki, 2017-ci illə müqayisədə 2018-ci ildə riyaziyyat fənni üzrə IX sinif buraxılış imtahanlarının nəticəsində cüzi azalma, Ana dili fənni üzrə qiymətləndirmə nəticələrində isə artım müşahidə olunub. Belə ki, 2017-ci illə müqayisədə Riyaziyyat fənni üzrə orta baldan 36,74 bala qədər (0,15) azalmış, Ana dili fənni üzrə isə orta bal 46,40 baldan 47,95 bala qədər qədər (1,55) yüksəlib.