
2018-05-03 13:44:00
"Uşaqlar 3 yaşından təhsilə cəlb edilməlidir” -REKTORDAN TƏKLİFLƏR
“Düşünürəm, Fransada icbari təhsil yaşının 3-ə endirildiyi kimi, Azərbaycanda da uşaqlar ümumi orta təhsilə 3 yaşından etibarən cəlb olunmalıdır. Təbii ki, bu yaşda təhsilə başlayan kimi uşağa yazmaq, oxumaq və digər məsələlərin öyrədilməsinin tərəfdarı deyiləm. Zənnimcə, 3 yaşından etibarən təkcə sosial təhsil verilməli və uşaqlara, mütləq, təhsiləmeyllilik aşılanmalıdır”.
Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib.
Onun sözlərinə görə, bu gün orta məktəblər şagirdləri yetişdirməkdə çətinlik çəkirlərsə, bu, təbiidir:
“Azərbaycanda sosial təhsilin keyfiyyət səviyyəsi məni daim düşündürür. Təəssüf ki, ölkəmiz inkişaf edərək bəlli istiqamətə gəlib çatsa da, ailələr tələbə və ya şagirdə kifayət qədər sosial təhsil vermir və uşaqları məktəbə hazırlaya bilmirlər. Bu, gecikir. Lakin qeyd etmək yerinə düşər ki, Təhsil Nazirliyi son dövrlər, sosial təhsilin artırılması və yaxşılaşdırılması ilə bağlı müəyyən addımlar atıb. Faktiki olaraq, 75%-ə yaxın 5 yaşlı uşaqların hazırlıq qruplarına cəlb olunması qısa zaman kəsiyində böyük göstəricidir”.
Qeyd edək ki, AzEdu.az professor Mustafa Babanlıdan aldığı geniş müsahibəni tezliklə oxuculara təqdim edəcək. Müsahibədə Azərbaycanın çağdaş təhsil və elmi mənzərəsi, onun problem və perspektivləri barəsində ətraflı danışılıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39