Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 15:20:00
Müəllimlikdən diktatorluğa gedən yol… - “Afrikalı Hitler”in qalmaqallı HƏYATI

Bu gün Zimbabvenin eks-prezidenti Robert Muqabenin ölüm xəbəri yayıldı. 95 yaşlı eks-prezident hakimiyyətinin ilk illərində müstəmləkə hakimiyyətinə qarşı mübarizəsi ilə yadda qalsa da, sonrakı illərdə hakimiyyəti tədricən əlində cəmləyərək ziddiyyətli qərarları ilə ölkəni iqtisadi böhran vəziyyətinə gətirmişdi.

AzEdu.az xəbər verir ki, Modern.az özünü “dövrünün Hitleri” adlandıran afrikalı diktatorun qalmaqallı həyat yoluna nəzər salır.

 Robert Muqabe 1924-cü il fevralın 21-də Böyük Britaniyanın müstəmləkəsi sayılan Cənubi Rodeziyada (indiki Zimbabve) anadan olub. 1942-ci ildə afrikalı uşaqlara dərs demək üçün ibtidai müəllimlik diploma alır. Bununla kifayətlənməyərək,1953-cü ildə Cənubi Afrika Universitetində pedoqoqika üzrə bakalavr diplomu alır. 1958-ci ildə isə London Universitetində iqtisadiyyat üzrə təhsilini bitirərək Afrikaya dönür.

 1960-cı illərin sonlarından müəllimlik edən Muqabe siyasətə qurşanır. O, Qərb ölkələrinin müstəmləkə siyasətinə qarşı çıxır və panafrikan mövqedən (qaradərililərə ağdərililərlə eyni hüquqların verilməsi, irqçiliyə son qoyulması) çıxış edir. Amma o zamankı Cənubi Rodeziyanın ağdərili siyasi hakimiyyəti 1964-cü ildə Muqabeni siyasi fəallığına görə həbs edir. 10 illik həbsdən azad olunduqdan sonra o Mozambikə köçür. Burada silahlı dəstə yaradan Robert Muqabe, 1980-ci ildə ağdərili azlığın adını Zimbabveyə dəyişən Cənubi Rodeziyada hakimiyyətdən getməsində yaxından iştirak edir.

O, baş nazir seçilir, prezident səlahiyyətlərini isə müttəfiqi Kanaan Banana icra etməyə başlayır. Hakimiyyətdəki ikitirəlik 1987-ci ildə Banananın homoseksuallıqda ittiham olunaraq 1987-ci ildə hakimiyyətdən qovulması ilə nəticələnir.

 Eks-prezident bu ittihamları rədd edərək, cinayət işinin siyasi motivli olduğunu söyləyir. Amma bütün səylərinə baxmayaraq, Muqabe rəqibini 10 illik həbsə göndərir. Beləliklə, Robert Muqabe Zimbabvenin həm prezidenti, həm də baş naziri olur.

 1987-ci ilin noyabrında Konstitusiyaya edilən xüsusi dəyişikliklə, baş nazir postu ləğv olunur və Muqabe prezident qismində bütün hakimiyyəti əlində toplayır.

 Muqabe hakimiyyətinin sakitilk dövrü 2000-ci ildə sona çatır. Belə ki, 2000-ci ildə mayında o, əkinə yayarlı torpaqların 50%-ni əlində saxlayan, ölkəni ərzaqla təmin edən ağdərili fermerlərə qarşı kampaniyaya başlayır. Onların əlindəki torpaqlar müstəmləkə dövrününü mirası kimi əllərindən alınmağa başlayır. Bu zaman baş verən toqquşmalarda 60-a qədər fermer öldürülür. Ölkədə 835 min iş yeri bağlanır. ərzaqların qiyməti bahalaşır. Əgər 2001-ci ildə ölkədə emal sənayesi Ümumi Daxili Məhsulun 10,1%-ni təşkil edərək 7,4 milyard dollar idisə, 2005-ci ildə 3,4 milyard dollar qədər azalır.

 2002-ci ildə Ümumdünya Valyuta Fondu Zimbabveyə maliyyə yardmını tamam dondurdu, Avropa Birliyi isə sanksiyalar tətbiq etməyə başladı. Nəticədə, Zimbabveyə xarici investisiya qoyuluşu azaldı. İqtisadiyyatı hərbi qaydalarla və qiymətləri dondurmaqla requlasiya etmək istəyi də alınmadı. 2008-ci ildə ölkə iqtisadiyyatını hiperinflyasiya bürüdü. Ölkə iqtisadiyyatında inflyasiya 100,58 min faizə, 2009-cu ildə isə 321 milyon faizə çatdı.

 Hətta, Zimbabve Mərkəzi Bankı 100 trilyon Zimbabve dolları dəyərində əskinas da dövriyyə buraxdı. 2005-ci ildə isə Zimbabvedə gecəqonduların sökulməsinə başlanıldı. Özünü “müasir dövrün Hitleriyəm” deyə çağıran Muqabe 700 min sakini müxalif qüvvələrə dəstək gösətrdiyi üçün evsiz-eşiksiz qoydu.

Onun hakimiyyəti yalnız 2017-ci il noyabrın 19-da hərbçilərin dövlət çevrilişi etməsi ilə yekunlaşdı.