Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 15:55:00
Tələbə qızlara az rast gəlinən ali məktəblər - SİYAHI 

Azərbaycandakı universitetlərin əksəriyyətində gender balansı qorunur. Yəni müşahidə etsək, görərik ki, ali təhsil müəssilərində qızların və oğlanların sayında fərq bir o qədər də çox deyil.

 Ancaq elə ali məktəblər var ki, orada xanımlara  çox az halda rast gəlinir, qeyd etdiyimiz balans pozulur. Məsələn, Polis Akademiyası, Fövqalədə Hallar Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası və Gömrük Akademiyası.

 Maraqlıdır, xanımların adıçəkilən təhsil müəssisələrinə bu il marağı necə olub, qəbul olunanlar arasında xanımlar varmı?

 AzEdu.az xəbər verir ki, Modern.az  suala cavab tapmaq üçün bu akademiyaların hər biri ilə əlaqə saxlayıb.

 Polis Akademiyası : “Polis Akademiyasına qəbul standartdır, 150 nəfər. Bu il qəbul olan abituriyentlərdən 145-i oğlan, 5 nəfəri isə qızdır. Keçən il də qəbul olan  qızların sayı 5 nəfər  idi”.

 Fövqalədə Hallar Akademiyası : “Bu il qəbul olan abituriyentlər arasında xanım yoxur. Keçən il və bu il sənəd verən xanımlar olub, lakin onlardan heç biri akademiyaya qəbul edilməyib”.

 Dövlət  Sərhəd Xidməti Akademiyası : “Bizdə xanımlar təhsil almır, tələbələrin hamısı oğlanlardır”.

 Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası : “Bu il Akademiyaya daxil olan I kurs tələbələrinin sayı 119 nəfərdir, onlardan 26 nəfəri qız, 83 nəfəri isə oğlandır. Həmçinin 2019/2020-ci tədris ilində Akademiyanın magistratura pilləsinə də ilk dəfə olaraq “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları üzrə qəbul həyata keçirilib. Magistratura pilləsinə qəbul olan 9 tələbədən yalnız 1 nəfəri qız, 8-i isə oğlandır”.