Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 12:02:00
Bakı şəhəri üzrə 70%-dən çox şagird tələbə adını qazanıb - RƏSMİ

2018-2019-cu dərs ilində Bakı məktəbliləri Respublika Fənn Olimpiadalarında 5 qızıl, 10 gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 45 medal alıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər.

BŞTİ-nin tabeliyindəki məktəbləri bitirən 1 433 məzuna Fərqlənmə Attestatı verilib.  XI sinifi bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb. Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.