Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 14:25:00
Azərbaycan Universitetinin dissertantı elmi dərəcə alıb   

Azərbaycan Universitetinin dissertantı Aqil Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, Aqil Kərimov “Bank sektorunun davamlı inkişafının təmin olunmasında risk menecmentinin rolu” mövzusunda dissertasiya işini müdafiə edib. 

Aqil Qədir oğlu Kərimov Bakı şəhərində anadan olub. 2010-cu ildə Türkiyənin İstanbul Universitetindən Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi, 2014-cü ildə isə Almaniyanın Rhine-Waal Tətbiqi Elmlər Universitetindən Maıiyyə ixtisası üzrə magistr dərəcəsi alıb. 2014-2018-ci illərdə Azərbaycan Universitetinin dissertantı olub. 

Hazırda Paşa Bankda Kiçik və orta sahibkarlıq departamentində şöbə müdüridir.