
2018-ci ildə abituriyentlər Azərbaycan bölməsində I qrup üzrə ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisasına üstünlük veriblər.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində)”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)” ixtisaslarına üstünlük veriblər.
I, II və V ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub.
I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, II ixtisas qrupunda Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasına üstünlük veriblər.