
Oksford Universitet Nəşriyyatı (Oksford University Press) iki ayrı təhsil bölməsini birləşdirir: Oksford və Asiya təhsili
AzEdu.az xəbər verir ki, bu dünyada yaradılan yeni biznesdir.
Yeni bölmənin rəhbəri hal-hazırda Oksford təhsilinin direktoru olan Fathma Dada olacaq. Cənubi Amerikada anadan olan Fathma öz kayrerasına müəllim kimi başlayıb.
Bu bölməni yaratmaqda əsas məqsəd çap evini, əsasən, təhsil bazarına yönəltməkdir. Bölmə nəşriyyatlar arasında effektiv rəqabətə xidmət edir. Daha sonra bu bölmə məktəblərə və bütün dünyada təhsil alanlara kömək məqsədilə öz fəaliyyətini genişləndirməyi nəzərdə tutur:
“Biz artıq xidmət etdiyimiz sahələrdə istənilən qədər uğurluyuq, amma əmin olmaq istəyirik ki, rəqəmsal transformasiyanı sürətləndirə bilirik”.
Məlumat üçün qeyd edək ki, OUP Oksford Universitetinin bir bölməsidir və dünyanın ən böyük universitet məhsullarını çapetmə xidməti kimi dəyərləndirilir. Onun çapetmə proqramına elmi işlər, ingilis dilini öyrənmək üçün müxtəlif vəsaitlər, biznes kitabları, akademik jurnallar və s. vasitələr daxildir.
Ayşə Müseyib