Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 19:08:04
Maliyyə və mühasibat fakültəsində 600-dən yüksək bal toplayanların sayı artır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin birinci kurs tələbələri ilə görüşlər keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşlərdə tələbələrə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verilib, universitetin beynəlxalq əlaqələrindən, ikili diplom proqramlarından danışılıb. Bildirilib ki, tələbələr 4 il müddətində UNEC ilə yanaşı, Avropanın aparıcı universitetlərinin də diplomlarını əldə edə bilərlər.

Tələbələrə UNEC-in xüsusi təqaüd proqramlarından danışılıb. Qeyd edilib ki, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. Həmçinin 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbə bir semestr boyunca universitet hesabına əlavə təqaüd alır.

Görüşdə son illər ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyiş olduğu, bu il də II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan 313 abituriyentin məhz UNEC-i seçdiyi bildirilib. Onlardan 106 nəfərin Maliyyə və mühasibat fakültəsində təhsil aldığı, fakültə üzrə ən yüksək göstəricinin isə 661 bal olduğu bildirilib.

Qeyd edilib ki, Maliyyə və mühasibat fakültəsinə 2019/2020-ci tədris ilində 573 tələbə qəbul olub ki, onların da 299 nəfəri maliyyə, 224 nəfəri mühasibat uçotu və audit, 50 nəfəri isə statistika ixtisasını seçib.