Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 20:54:00
Londonda “Bilik” Azərbaycan məktəbi açılır

Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq.

AzEdu.az  “Report”a istinadən xəbər veir ki, məktəbin açılışı oktyabrın 6-da baş tutacaq.

Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək.

Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.