
Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA) bağlanış mərasimi keçirilib.
AzEdu.az-ın məlumatına görə, konfransın reportyoru Dennis Opposs forum haqqında ümumi qeydlərini bildirib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə konfransda 55 ölkədən 300 ekspertin, 43 ölkədən 116 məruzəçinin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, konfrans qarşısına qoyduğu məqsədlərə çatıb:
Daha sonra çıxış edən IAEA-nın nümayəndəsi Yan Uiqers Assosiyasiya adından bağlanış nitqi söyləyib.
Qeyd edək ki, Təhsilin Qİymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 46-cı illik toplantısının 2020-ci ildə Qanada keçiriləcəyi açıqlanıb və bununla bağlı təqdimat edilib.
Xatırladaq ki, "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda keçirilən konfrans sentyabrın 22-də başlayıb.