Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 15:33:00
Vətəndaşların Qəbulu Mərkəzinə nə qədər müraciət daxil olur?-Rəqəmlər

2018-ci il  ərzində Təhsil NazirliyininTelefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə ümumilikdə 123.613 müraciət daxil olub.

AzEdu.az xəbər verir ki, bu barədə nazirliyin illik hesabatında məlumat verilib.

Məlumatda qeyd olunub ki,  Telefon məlumat mərkəzinə  daxil olan daxil olan müracitələrin sayı daha çoxdur.

Ümumilikdə 85.054 zəng daxil olub. 

Vətəndaşların Qəbul Mərkəzində isə 38.559 vətəndaşa xidmət göstərilib.  İl ərzində 6.806 ərizə, 7.515 məktub olmaqla, 14.321 sənəd qeydiyyata alınıb.

Statistik məlumata görə ən çox iyul (4.979), avqust (5.321), oktyabr (3.997) aylarında vətəndaşlara xidmət göstərilib.

Ayşə Müseyib