
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında görüş keçirilib.
ADPU-dan AzEdu.az-a verilən məlumata görə, görüşdə təhsilin insan kapitalının formalaşmasında mühüm rolundan, regionda fəaliyyət göstərən universitet, kollec, lisey klasterlərinin yaradılması baxımından “təhsil–tədqiqat–innovasiya” zəncirinin qurulmasının effektivliyinin artırılmasından bəhs edilib. Həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilən yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar hazılanmasında təhsilin sosial-iqtisadi rolunun önəmindən danışılıb.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi regionun bütün tədris müəssisələri ilə əməkdaşlıq etməkdə çox maraqlıdır.
Sonra Quba Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev, Quba Tibb Kollecinin direktoru Mikayıl Mirzəliyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Kamran Əliyev universitet-kollec-lisey üçbucağının qurulması baxımından birgə fəaliyyət göstərilməsinin vacibliyini qeyd ediblər.