Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-28 10:15:00
Şəkidə məktəblini maşın vurdu

Uşağa qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

AzEdu.az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Şəki şəhər 7 saylı tam orta məktəbin qarşısında baş verib.

Şəki rayonunun Kiş kənd sakini, 2007-ci il təvəllüdlü Səid Ələddin oğlu Ramazanlı dərsdən çıxıb evə gedən zaman avtomobilin zərbəsilə üzləşib. Qəza zamanı xəsarət alan 12 yaşlı məktəbli Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.