Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-28 13:42:00
Rektor tələbələrə 10 yeni TÖVSİYƏ verdi

Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov tələbələrə müraciət edərək, onlarla yeni tövsiyələrini bölüşüb. 

AzEdu.az Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədovun tövsiyələrini təqdim edir:

1. Vaxtınızın dəyərini bilin. Maksimum səmərəli istifadə edin.
2. Öz üzərinizdə işləyin, mənfi xüsusiyyətlərdən özünüzü arındırın.
3. Daima yanınızda kitab, qələm və qeyd dəftəri saxlayın.
4. Təhsil müddətində öz sahənizin mütəxəssisi kimi tanınmağa çalışın.
5. Təhsil aldığınız müəssisənin mətbu orqanında məqalələrlə çıxış edin.
6. Mütləq bədii ədəbiyyat və fərdi inkişaf kitabları mütaliə edin.
7. Zərərli düşüncə, fikir və cərəyanlardan özünüzü qoruyun.
8. Nizam-intizamlı və sistemli olun.
9. Nitq qabiliyyətinizi təkmilləşdirin.
10. Dil biliklərinizi zənginləşdirin.