Qəbul 30 sentyabrda saat 11.00-da Cəlilabad şəhəri, H.Əliyev Mərkəzində keçiriləcək. (ünvan: H.Əliyev prospekti, 242A)
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran Regional Bölməsinə (əlaqə telefonu: +994252552482) müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.