
2019-09-30 14:06:00
Daha 16 tələbə təhsil xərclərindən azad olundu
Naxçıvan Dövlət Universitetinə (NDU) müvafiq ixtisaslara qəbul olunmuş tələbələrdən 16 nəfəri ödənişli əsaslarla qəbul olsalar da, artıq dövlət sifarişi əsasında təhsil alacaqlar.
AzEdu.az xəbər verir ki, bu 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqədən sonra xeyli sayda dövlət sifarişi yerlər qaldığına görə həmin yerlərə əlavə keçirilən müsabiqə nəticəsində mümkün olub. Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi siyahı əsasında universitetin Tibbi profilaktika ixtisasının 9, Elektroenergetika mühəndisliyi 4, Dəmiryol nəqliyyatı, İnformasiya texnologiyaları, İqtisadiyyat ixtisaslarının hərəsindən 1 nəfər olmaqla ümumilikdə 16 tələbəyə aid edilib.
Bu məqsədlə universitetdə tədbir keçirilib. Təhsil haqqından azad edilən tələbələrin də iştirak etdiyi tədbirdə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək təhsilimizə, elmimizə, tələbə-gəncliyə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, həmçinin dövlət sifarişi əsasında 600-dən az bal toplayaraq qəbul olunmuş tələbələrə bu tədris ilinin birinci semestri üçün adi, 600 və 600-dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələrə isə əlaçı təqaüdü verilməsi nəzərdə tutulub. Vurğulanıb ki, bu ilin oktyabr ayının sonuna qədər isə ödədikləri təhsil haqlarının geri qaytarılması universitet tərəfindən təmin ediləcək. Rektor tələbələri dərslərində daha fəal olub, göstərilən etimadı doğrultmağa, vətəninə, xalqına əsl vətəndaş, seçdikləri ixtisaslar üzrə dövlətimizə əsl ixtisaslı kadr kimi formalaşmağa səsləyib.
Müəllimlər adından universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, tələbələr göstərilən dövlət dəstəyinə görə öz minnətdarlıqlarını bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39