Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 15:25:00
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ştatda olan vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.

AzEdu.az xəbər verir ki, AMEA-dan bildirilib ki, Dilçilik İnstitutunda Qədim dillər və mədəniyyətlər şöbəsi üzrə böyük elmi işçi vəzifəsi vakant yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir. (Azərtac)