Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 11:34:58
Harvard Universiteti kitabxanasının girişində Quran ayəsi asılıb... - Foto - Video
Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin  mərkəzi kitabxanasının girişində Quranı-Kərimin ədalətlə bağlı ayəsi asılıb. 
AzEdu.az xəbər verir ki, bu haqda xarici İslam saytları məlmat yayıb. Qurani Kərimin Nisa surəsinin 135-ci ayəsi Harvard universitetinin rəhbərliyi və tələbələri tərəfindən bəşər tarixində ən ədalətli kəlam olaraq seçilib. 
 
Sözügedən ayədə Allah -Təala insanlara xitabən buyurur: 
 
“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” 
Quran ayəsinin divara asılmasının bədii tərtibatı universitetin hüquq fakültəsinin tələbələri tərəfindən təşkil edilmişdir. Universitetin müəllim və tələbə heyəti tərəfindən təqdim edilmiş 150 sitat arasından  Harvarda kitabxanasının əməkdaşlarının da iştirakıyla yalnız 3 ən güclü və əhəmiyyətli kəlam seçilmişdir ki, onlardan da biri müsəlmanların  Müqəddəs Kitabından olan sözügedən ayədir. Harvard universitetinin rəsmi saytında dünyada ən böyük ali məktəb kitabxanası olan mərkəzi kitabxananın  girişində məhz Quranın bu ayəsinin vurulması səbəbi şərh edilib. 
 
P.S. İslamı cəmiyyəti geriliyə sürükləməkdə suçlayan bəzi azərbaycanlı akademik, professorlar bundan nəticə çıxarsınlar...
 
P.P.S. Bizim orta və yaxud ali məktəblərdən birində divardan Quran ayəsi asılsa, o saat kimsə damğa vuracaq ki, ay aman, burda dini ekstremistlər var...