Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 16:21:00
“Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya nəşr olunub  

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun qərarı ilə çapa tövsiyə olunmuş “Veb-analitika: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya “İnformasiya Texnologiyaları” nəşriyyatında işıq üzü görüb.

AzEdu.az xəbər verir ki, institutdan bildirilib ki, yeni nəşrin müəllifi böyük elmi işçi Könül Daşdəmirova, elmi redaktoru isə baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

Ekspress-informasiyada veb-analitika haqqında ətraflı məlumat verilib, veb-analitikanın mahiyyəti, müasir vəziyyəti və problemləri araşdırılaraq bu sahə üzrə aparılan elmi-nəzəri tədqiqatlar təhlil edilib. Eyni zamanda, veb-analitika üzrə standartlar tədqiq olunub və bu sahə üzrə keçirilən konfranslar barədə məlumat verilib. (Azərtac)