Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 09:51:00
İngiltərəli alim Əlyazmalar İnstitutunun qonağı olub

İngiltərənin İsmailliyə Tədqiqatlar İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Orxan Mir-Qasımov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

AzEdu.az xəbər verir ki, Əlyazmalar İnstitutundan  bildiriblər ki, institutun direktoru, akademik Teymur Kərimli qonağı əvvəlcə ali təhsil ocağının nəşr etdiyi əlyazma kataloqları ilə tanış edib.

Söhbət zamanı Orxan Mir-Qasımovun təmsil etdiyi elmi-tədqiqat müəssisəsi ilə Əlyazmalar İnstitutu arasında gələcək əməkdaşlıq layihələri müzakirə olunub.