Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 14:07:00
Təhsil Nazirliyi yeni kampaniyaya başladı

Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, kampaniya oktyabrın 7-dək davam edəcək.

Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı,  #TəhsilNazirliyi və # MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.