
Artıq bir neçə ildir, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi uğurla həyata keçirilir.
Bəs universitetlərə imtahansız qəbul olan subbakalavr sonradan başqa universitetlərə köçürülə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Eldar Azadov bildirib ki, bununla bağlı normativ sənədlərdə rəsmi məlumat yoxdur.
“Hələ ki, subbakalavrların köçürülməsi planlaşdırmır. Təhsil Nazirliyindən, yəqin ki, bu haqda yanvar ayına qədər dəqiq məlumat veriləcək. Tələbələrin bir müəsissədən digərinə, yaxud başqa ixtisasa köçürülməsində ballar əsas götürülür. Universitet balları ilə subbakalavrın balı ilə uyğun gəlmir. UNEC-də cəmi iki ixtisas üzrə subakalavra yer ayrılıb. Məsələn: iqtisadiyyat fakültəsi üzrə yer ayrıldığı halda, maliyyə üzrə ayrılmır. Ona görə ixtisası dəyişə bilməz”.
Ayşə Müseyib