
Dünyanın müxtəlif yerlərində sadəcə təhsil almaq üçün məktəbə yollanan uşaqlar, qaçırılmaq, öldürülmək, hücuma məruz qalmaq təhlükəsi ilə üzləşirlər:
Məktəblər uşaqların dostları ilə vaxt keçirəcəyi və təhsil alacağı təhlükəsiz yer olmalıdır. Amma müharibə zonalarında yerləşən belə məktəblərə yüzlərlə hücum və sinif otaqlarından hərbi məqsədilə istifadə şagirdlərin həyatına laqeydliyə bariz nümunədir:
AzEdu.az məktəbləri şagirdlər üçün çox təhlükəli sayılacaq ölkələrdən bəzilərini təqdim edir.
CƏNUBİ SUDAN: Uşaq əhalisinin yarıdan çoxu - qidalanma, xəstəlik, məcburi işə qəbul, zorakılıq və təhsil itkisinin qurbanı olan bir faciənin astanasındadır. 2017-ci ildə 26 məktəbə hücum edilib və 22 məktəb hərbi məqsədlər üçün istifadəyə verilib.
Nigeriya: 2014-cü ildə Boko Haram tərəfindən qaçırılan və sonradan xilas olan Chibokqızlarından bəziləri...
Bu il fevralda 111 qız məktəbdən qaçırıldı, demək olar ki, hamısı tezliklə geri qaytarıldı. Boko Haram qarşıdurması nəticəsində ölkənin şimal-şərqindəki məktəblər dağıdılıb. Ötən il UNICEF, burada 2295 müəllimin öldüyünü, təxminən 14000 məktəbin dağıldığını bəyan edib.
Myanma - Məktəblərə dəfələrlə hücumlar edilib. Keçən il RohingyanınRaxine əyalətindəki silsilə zorakılıq, hücumlardan sonra təxminən 300 məktəbdə tədris dayandırıldı. Ümumilikdə ölkədə 105.000-ə qədər şagirdin təhsillərini davam etdirə bilməyib.
MALİ:Malidə terrorçular bir çox məktəblərdə sinifləri yandırıb, qərbtipli təhsil verən müəssisələrə hücum edəcəkləri ilə insanları hədələyiblər.
ƏFQANISTAN: Uzun illərdir, davam edən silahlı qarşıdurmalar nəticəsində yüzlərlə məktəb Taliban birləşməsi tərəfindən dağıdılıb. 2017-ci ildə 3000-dən çox uşaq öldürülüb və ya şikəst edilib.
Mərkəzi Afrika Respublikası: Silahlı qruplar məktəblərdən xüsusi məqsədlərlə istifadə edir, uşaqları sinifdən qovurlar. BMT keçən il məktəblərə edilən 28 hücum hadisəsini təsdiqləyib.
Kolumbiya - Daxili silahlı qarşıdurmalar səbəbindən zorakılıq və sui-qəsd nəticəsində milyonlarla insan didərgin düşdü. Məktəblər hədəfə alınıb, müəllimlər isə ölüm təhdidləri ilə hədələniblər. Bu il məktəb və müəllimlərə edilən hücumlardan sonra ən az 44 min uşaq təhsildən kənarlaşdırılıb.
Fələstin - Raket zərbələri və məktəblərə edilən hücumlar Qəzzada çox sayda uşağın ölümünə səbəb olub. Minlərlə şagird məktəbi tərk edib.
İraq: Məktəbdəki əksər ləvazimatlar istifadəyə yararsızdır. Ötən il məktəblərə və xəstəxanalara 150-dən çox hücum olub və 22 məktəb hərbi qüvvələr tərəfindən işğal edilib.
Pakistan: Son illərdə yüzlərlə məktəb və universitetə hücumlar edilib. Təhsil Təhlükəsizliyi 2018 hesabatında verilən məlumata görə 2013-cü ildən bu günə qədər edilən hücumların təxminən üçdə biri qız məktəblərinə olduğunu söylənilir.
Ayşə Müseyib