
Qlobal istiləşmənin dənizlərdəki su səviyyəsinin artmasına səbəb olduğu məlumdur. ABŞ-da aparılan araşdırma dənizlərdəki su səviyyəsinin gözlənildiyindən daha sürətli artdığını aşkar edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 2100-cü ilə qədər təxmini 65 sm artım gözlənilir. Nəticələri Amerika Beynəlxalq Elmlər Akademiyasının PNAS dərgisində yayımlanan araşdırma su səviyyəsinin hər il daha da artdığını müəyyənləşdirib.
Kolorado Boulder Universiteti alimlərinin ölçmələrinə əsaslanan araşdırmaya görə 1993-cü ildən bu günədək illik ortalama 3 santimetrə qədər artan su səviyyəsi 2100-cü ilədək üçqat çoxalaraq illik ortalama 10 santimetrə çatacaq.
Araşdırmanı aparan komandanın üzvü Steve Nerem yüzilliyin sonunadək sahil şəhərlərindəki su səviyyəsinin 65 santimetrədək yükləcəyini bildirib. Amma indiyəcən bunun 30 sm olacağı təxmin edilirdi. O, buz təbəqələrindəki ərinmə sürəti diqqətə alınmazsa, bunundaha da artacağını deyib.
Qeyd edək ki, elm adamı Steve Nerem və komandası 1992-ci ildən suyun səviyyəsini araşdırır. Qlobal istiləşmədən əlavə isinən suyun genişlənməsi də bu artımın səbəblərindəndir.