Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 09:09:00
ABŞ-da məktəbdə bomba partlayıb

Oktyabrın 15-də Elena (Montana ştatı, ABŞ) şəhərindəki ibtidai məktəbdə əldəqayırma partlayıcı qurğu işə düşüb.

AzEdu.az-ın  məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata əsasən, partlayıcı qurğu bu gün səhər Rossiter adlı ibtidai sinfin meydançasında tapılıb:

"Tez bir zamanda qurğu partlayıb. Yaralanan olmayıb".

 Hadisə yerinə Federal Təhqiqat Bürosunun və Montana Post Patrul Xidmətinin əməkdaşları gəliblər.