Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 16:00:00
Ucarda məktəbli qızı maşın vurub  

Ucarda piyadanı maşın vurub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gündüz saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Rövşən Məhəmməd oğlu Kərimov idarə 61 BH 206 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə yolu keçən piyada, rayon sakini, 2008-ci il təvəllüdlü Gülüstan Rasim qızı Məmmədovanı vurub. G.Məmmədova Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin yardım göstərildikdən sonra G.Məmmədova Göyçay rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.