Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-24 13:40:00
Azərbaycan Universitetində respublika konfransı keçirilir - Fotolar

Azərbaycan Universitetində “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilir. 

AzEdu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açıb. O bildirib ki, Azərbaycanda gedən iqtisadi inkişaf və yüksəlişin davamlı olması üçün yük yalnız iqtisad və ona yaxın elmlərin deyil, həm də humanitar elmlərin üzərinə düşür.

Konfransın qonaqları Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə,  Elm üzrə prezident mükafatçısı, Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının nümayəndəsi Elnur Həsənov çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar. Daha sonra professor Qorxmaz Quliyevin “Əsər – oxucu: kommunikasiya problemi” mövzusunda plenar məruzəsi dinlənilib.

Açılışın və plenar iclasın ardından konfrans işini dil və ədəbiyyat, tarix, iqtisadiyyat, sosial elmlər bölmələrində davam etdirir.

Konfransın məqsədi davamlı inkişaf strategiyalarının və  bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirə olunmasıdır.